Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Naxçıvan" Universitetində elmi konfrans keçirilib

 

Böyütmək üçün seçin"Naxçıvan" Universitetində 28 may - Respublika Günü ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda elmi konfrans keçirilib. Konfransı  açan universitetin rektoru, professor İsmayıl Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğraması səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin apardığı müdrik siyasətdən ətraflı danışıb.

Konfransda universitetin ümumi tarix kafedrasının müəllimləri, dosent Elçin Zamanovun "XX yüzilin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət: Milli dövlətçiliyə gedən yol", tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun "28 Maydan başlayan milli mübarizə tariximiz" və tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Püruz Qasımovanın "28 may Respublika Günü  müasir gəncliyin baxışlarında" mövzularında çıxışları dinlənilib. Bildirilib ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir.  Azərbaycan xalqının, onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri demokratik respublikanın yaranması ilə nəticələndi. Bu gün müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə sabitlik bərpa edildi və ən əsası dövlətimiz strateji inkişaf yoluna çıxarıldı. Vurğulanıb ki, bu gün dahi rəhbərin yolu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar muxtar diyarımızda da bəhrəsini verməkdədir.

Konfransa universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli yekun vurub.

Sonda mövzu ilə bağlı slayd nümayiş etdirilib. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov