Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Gəlin bir yerdə gülək" adlı tədbir keçirilib

 

Mayın 22-də Bakıdakı Məktəb-Lisey Kompleksində "Gəlin bir yerdə gülək" adlı tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil ocağının direktor müavini Xanım Sultanova qonaqları salamlayaraq onlara üzlərində həmişə gülüş və təbəssüm olmasını arzulayıb. Sonra səhnə Məktəb-Lisey Kompleksinin müəllimi Həbibə Sarıbəylinin rəhbərlik etdiyi istedadlı  VII "c" sinif şagirdlərinə verilib. Onlar söylədikləri bir-birindən maraqlı, duzlu-məzəli lətifələr, atalar sözləri, teleqramlar, gülməli xəbərlər və hikmətli sözlərlə,  "Molla Nəsrəddin"dən ifa etdikləri parçalarla  iştirakçılara gülüş bəxş edib, həmin günü unudulmaz xatirəyə çeviriblər. Şagirdlər  maraqlı və məzmunlu kompozisiya göstəriblər.

Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşı Əli İbrahimbəyli və digər şəxslər  təhsil ocağının uğurlarından danışaraq bu  tədbirin yüksək səviyyədə təşkilinə görə Məktəb-Lisey  Kompleksinin direktoru  Qafar  Hüseynova  və pedaqoji kollektivə  minnətdarlıqlarını  bildiriblər.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov