Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.

Bu kütləvi idman tədbirləri çərçivəsində Qazax rayonunda boks idman növü üzrə zona yarışı keçirilib. Qazax Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Tovuz, Şəmkir, Daşkəsən, Qazax, Tərtər, Kəlbəcər, Goranboy, Bərdə rayonlarının və Naftalan, Mingəçevir, Gəncə şəhərlərinin 100-ə yaxın boksçusu 15 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıb.

Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Qazax, 3-cü yeri Tərtər rayonunun komandaları tutub.

Daha bir idman yarışı Şəki Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında stolüstü tennis idman növü üzrə zona yarışı keçirilib. 9 komanda üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışda komanda hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şəki, 3-cü yeri Qax, qızlar arasında 1-ci yeri Şəki, 2-ci yeri Ağdaş, 3-cü yeri Qax rayonunun komandaları tutub.

Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov