Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Rəsmi xronika

 

* İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı  Mehriban Əliyeva  Azərbaycan  Boks Federasiyasının  inzibati  binasının və "Qafqaz Baku Sport Hotel"in açılışlarında iştirak ediblər.

 * Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 4-də paytaxtın Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınan yeni parkda yaradılan şəraitlə tanış olublar.

 * İyunun 4-də ölkə başçısı İlham Əliyev və xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.

 * Dövlət başçısı  İlham Əliyev iyunun 3-də "Bakubus" MMC-nin I Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

 * İyunun  3-də Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyev Qaradağ  Sənaye Parkının yaradılması haqqında  sərəncam imzalayıb. 

* Ölkə başçısı İlham Əliyev və  xanımı  Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində  XXII  Beynəlxalq "Xəzər Neft və Qaz 2015" sərgisinin açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində nitq söyləyib. 

* İyunun 2-də  dövlət başçısı  İlham Əliyev  Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

* Prezident  İlham Əliyev iyunun  2-də Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 * İyunun 1-də  Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev, xanımı Mehriban  Əliyeva və  qızı  Arzu Əliyeva  Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

* Ölkə başçısı  İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin  müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * İyunun 1-də  Prezident İlham Əliyev akademik  Mikayıl Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov