Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Gəncə Dövlət Universitetində "Məzun-2015" əmək yarmarkası

 

Böyütmək üçün seçinMayın 29-da Gəncə Dövlət Universitetində təcrübə və karyera şöbəsinin təşəbbüsü  ilə "Məzun-2015" adlı əmək yarmarkası  keçirilib. Tədbiri giriş sözü ilə açan GDU-nun rektoru, professor Yusif Yusibov öncə təhsillərini başa vurmuş məzunları  təbrik edib, gələcək həyatlarında uğurlar diləyib.

Sonra rektor Yusif Yusibov universitetin həyatında və təhsildə fərqlənən bir qrup məzunu fəxri fərmanla təltif edib, bir qrup məzunun isə valideynlərinə təşəkkür məktubu ünvanlandığını bildirib.

Humanitar məsələlər üzrə prorektor, dosent Asif Cavadov  çıxışında  məzunların qazandıqları uğurlardan bəhs edib. Riyaziyyat-informatika müəllimliyi ixtisasının məzunu Əsli Aslanova müəllimlərə məzun yoldaşları adından dərin təşəkkürünü bildirib.

Təcrübə və karyera şöbəsinin müdiri, dosent Mahir Məmmədov məlumat verib ki, tədbirdə Qərb bölgəsini əhatə edən 70-dən çox şirkətin, müxtəlif yönümlü müəssisələrin, təhsil idarələrinin məsul şəxsləri, o cümlədən 31 tam orta məktəbin nümayəndəsi iştirak edir. Bu müəssisə və şirkətlər 669 iş yeri təklifi ilə gəliblər.  

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov