Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

"SABAH-ın könüllüsü" uşaqlar üçün aksiya keçirib

 

 "SABAH-ın könüllüsü" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasiətilə Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçirib.

Dənizkənarı Milli Park İdarəsinin dəstəyi ilə təşkil olunan aksiya uşaqların "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstəyini və onların yaradıcılığını nümayiş etdirmək məqsədilə təşkil olunub.

"SABAH-ın rəngləri" adlı aksiya çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər tərəfindən Dənizkənarı Milli Parkın xüsusi bir guşəsində üzəri rənglənə bilən ağ lövhə və boyalar qoyulub. Həmin lövhə və boyalar buraya uşaqları ilə gələn valideynlərin diqqətini cəlb edib. "SABAH-ın könüllüsü" tərəfindən yaxınlaşan valideyn və uşaqlara "Bakı-2015" 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Daha sonra aksiyanın iştirakçısı olmaq istəyən uşaqlara rəngarəng boyalar təqdim olunub. Boyalar təqdim olunduqdan sonra 4 saat ərzində 150-dən çox uşaq tərəfindən Avropa Oyunlarının loqosu çəkilib. Şəkil çəkən hər bir uşaq şəklə əl izi qoyaraq adı və yaşını qeyd edib. "SABAH-ın könüllüsü" tərəfindən aksiyada iştirak edən uşaqlara Avropa Oyunlarının rəmzlərini daşıyan hədiyyələr təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov