Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

SABAH qruplarında təhsil alan könüllülərin festivalı

 

İyunun 10-da "SABAH-ın könüllüsü" proqramı çərçivəsində "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçirilib.

"SABAHFest" adlı tədbir "SABAH-ın könüllüsü"nün "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə təşkil olunub.

Tədbirdə Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri çıxış edib, SABAH qruplarında təhsil alan tələbələrin "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib. Musiqili-interaktiv üslubda keçirilən festivalda tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib. Festivalda tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə etmək imkanı qazanıblar.

Tədbirdə həmçinin "SABAH-ın könüllüsü"nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi "SABAH Live" və "SABAH Foto" müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

Məlumat üçün qeyd edək ki, "SABAH-ın könüllüsü" proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov