Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

20 nömrəli məktəb-liseyin yeni binası 2016-2017-ci tədris ilində istifadəyə veriləcək

 

Böyütmək üçün seçinBakı şəhərindəki 20 nömrəli məktəb-lisey ölkəmizin ən böyük təhsil müəssisələrindən biridir.

Bu tədris ocağında 111 sinifdə 2830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir.

Hazırda paytaxtın digər 2 məktəbində müvəqqəti yerləşdirilmiş 20 nömrəli məktəb-liseydə elektron təhsil müəssisəsi kimi bir sıra innovasiyayönümlü layihələr gerçəkləşdirilib.

Bu məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub. 3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-ci tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov