Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

"Naxçıvan" Universiteti yarışmanın ikincisi oldu

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Monolit Plazada "Bizim sahibkarlıq fəaliyyətimiz" (Enactus) X Azərbaycan Milli Yarışı  keçirilmişdir. Yarışın məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, tələbələrə azad sahibkarlıq ideyasını aşılamaq, onların təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Yarışda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt  Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və "Naxçıvan" Universitetinin komandaları iştirak etdi. Çıxışlarda Enactus-Azərbaycanın fəaliyyətinin təsirindən, gənclərin biznes və sahibkarlıq sahəsində inkişafından, proqramda gənclərin fəallığından söz açıldı.

Püşkatma mərasimindən sonra komandalar və Enactus-Azərbaycanın qonaqları ilə birlikdə forum keçirildi. Forum üç mövzu əsasında aparıldı. Komandalar seçdiyi mövzu ətrafında müzakirələr aparıb, çıxışlar etdilər.

Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək hüququ qazandı. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə "Naxçıvan" Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti mübarizəyə qoşuldu.

Azərbaycan ali məktəblərinin təqdim etdikləri layihələr içərisində "Ən yaxşı sosial layihə"  üzrə "Naxçıvan" Universitinin "Bələdçim" layihəsi  nominasiyanın qalibi oldu.

Daha sonra "Naxçıvan" Universitetinin komandası diplom və təşəkkürnamələrlə təltif edildi. Vitse-çempion kuboku komandanın kapitanına təqdim olundu.

Enactus Milli yarışmasının 10 illiyi münasibətilə "Naxçıvan" Universitetinin dekanı, komandanın məsləhətçisi, dosent Elbrus İsayevə  Enactus-Azərbaycanın "Ən fəal məsləhətçi" nominasiyasının qalibi diplomu təqdim edildi. "Naxçıvan" Universitetinin komandası Azərbaycan ali məktəbləri arasında II yerə layiq görüldü.  

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov