Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

"Sənətkar"ın növbəti nömrəsi

 

Təhsil Nazirliyinin elmi-pedaqoji, metodik jurnalı "Sənətkar"ın növbəti nömrəsi çapdan çıxıb. Aprel-iyun aylarını əhatə edən 2-ci nömrənin ilk səhifələrində respublikanın ümumi, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında  keçirilən iki ənənəvi müsabiqənin yekunları haqqında materiallar verilib. Bir qayda olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində keçirilən və dahi şəxsiyyətə həsr olunan inşa müsabiqəsində peşə liseylərinin şagirdləri də iştirak edir. Jurnal bu barədə məlumatla yanaşı müsabiqə qalibi olan 2 peşə liseyi şagirdinin inşalarını da dərc edib.

İfa müsabiqəsinin yekunlarına həsr olunmuş yazıda isə müxtəlif nominasiyalar üzrə qalib olan peşə liseyləri və kolleclərin şagird və tələbələrinin adları oxuculara təqdim olunub.

Jurnalın "Təhsilimizin uğurları" rubrikası altında  bu  nömrədə  "Sənətkar"ın əməkdaşı Vüqar Səlimovanın 5 nömrəli Bakı Peşə Liseyində kadr hazırlığı layihələrinin təqdimatı haqqındakı yazısı dərc olunub.

Jurnal "Mütəxəssis sözü" və "Müəllimə kömək" daimi rubrikalarının hər birində 3 yazı təqdim edib.

İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlər üçün təcrübə tribunası rolunu oynayan jurnal bu sayında da üç müəllimə tribuna verib.

Respublikanın qabaqcıl təhsil işçisi Kamil Ağamalıyevin yeni nömrədə verilmiş məqaləsi ölkəmizdə dəmir yolunun inkişafında ilk peşə-ixtisas təhsilinin roluna həsr olunub.

Jurnalın aprel-iyun nömrəsində bir sıra digər yazılar da dərc olunub. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov