Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Məzunlar xoş xatirələrini bölüşüblər

 

Füzuli rayonunun Kərimbəyli kənd tam orta məktəbini 30 il əvvəl bitirən məzunlar doğma təhsil ocağında yenidən toplanıblar. Redaksiyamıza  daxil olan məlumatda  bildirilir ki,  məktəbin 1985-ci il məzunları onlara "Əlifba"nı öyrədən müəllimləri ilə görüşüb, sinif otağında vaxtilə oturduqları partalarda əyləşiblər. Müəllim içəri girərək 30 il əvvəl olduğu kimi dərsin başlandığını elan edib. O, şagirdlərinin qazandıqları uğurlara, Vətən üçün gördükləri işlərə görə sevincini ifadə edib, bu günün onun üçün ən fərəhli bir gün olduğunu deyib. Məzunlar məktəb illərinin xoş xatirələrini bölüşüb, qazandıqları uğurlara görə müəllimlərinə borclu olduqlarını bildiriblər. Məzunlar bir vaxtlar onlara bilikləri öyrədən müəllimləri və bu gün görüşə gələ bilməyən sinif yoldaşlarını da yaddan çıxarmayıblar. Onlar dünyasını dəyişən müəllimlərinin və sinif yoldaşlarının məzarlarını, həmçinin Vətən uğrunda canlarından keçmiş həmkəndlilərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov