Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Məktəbin məzunu birinci Avropa Oyunlarında iştirak edəcək

 

Böyütmək üçün seçinBakıdakı Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə  "Son zəng" münasibətilə tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimi məktəbin direktoru Nailə Məmmədova açdı. Onbirinciləri orta təhsillərini başa vurması münasibətilə təbrik edən direktor gələcək həyatlarında onlara uğurlar arzuladı.

Qeyd olundu ki, hazırda məktəbdə 97 sinifdə 2189 şagird təhsil alır. Bu il məktəbi 90 məzun bitirir. Pedaqoji kollektivin qarşısına qoyduğu əsas məqsəd müstəqil və yaradıcı düşüncəyə malik şəxsiyyətlər yetişdirməkdir. Məktəbin şagirdləri vaxtaşırı respublika səviyyəli müsabiqələrdə, breyn-rinq yarışlarında iştirak etmiş, təhsil müəssisəsinin şərəfini həmişə uca tutmuşlar.

Sonra 11 "a" sinfinin rəhbəri Mehriban Əliyeva, 11 "b" sinfinin rəhbəri Zərxanım Əsgərova, 11 "c" sinfinin rəhbəri Eldar Bayramov və 11 "ç" sinfinin rəhbəri Kəmalə Novruzova şagirdləri təbrik edərək onlara həyatda və təhsildə yeni-yeni uğurlar arzuladılar.

Qeyd edək ki, məktəbin məzunları sırasında kamandan oxatma üzrə Azərbaycan birinciliyinin qalibi, 2014-cü ildə Gürcüstanda keçirilən beynəlxalq yarışlarda birinci yerə layiq görülən Nurlana Vəliyeva da var. Nurlana hazırda Azərbaycan milli komandasının üzvü kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşır.

Sonda məktəbin akt zalında məzunların ifasında bədii hissə təqdim edildi. Şagirdlərin hazırladıqları müxtəlif mahnı və  rəqs nümunələri toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Əməkdar artist İsmayıl Ələkbərovun rəhbərliyi ilə hazırlanan musiqi proqramı onbirincilərin məktəblə vida görüşü kimi uzun müddət xatirələrdən silinməyəcək. 

Qabil YUSİFOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov