Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Məktəbdə şəhidin xatirəsi anılıb

 

Böyütmək üçün seçinGöygöl Rayon Təhsil Şöbəsindən  redaksiyamıza daxil olan məlumatda qeyd edilib ki,  S.Əliyev adına Çaykənd kənd orta məktəbində  müəllim-şagird kollektivi, şəhid Süleyman Əliyevin ailə üzvləri və yaxınlarının iştirakı ilə görüş keçirilib. "Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində keçirilən görüşdə məktəb direktoru Azər Hüseynov, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov,  təhsil şöbəsinin əməkdaşı Arif Kərimov, şəhidin yaxın qohumları Süleymanın keçdiyi şanlı döyüş yolundan və qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmasından, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasında şəhidlərimizin vətənə, torpağa olan hədsiz sevgi hisslərindən danışıblar. Natiqlər çıxışlarında uşaqların şəhidi daha yaxından tanınması məqsədilə gələcəkdə S.Əliyevin xatirəsinə müxtəlif mədəni-kütləvi idman tədbirlərinin keçirilməsi təklifini də irəli sürüblər. S.Əliyevin oğlu Ziyanur Əliyev çıxış edərək bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə, xüsusilə məktəbin kollektivinə öz dərin minnətdarlığını bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov