Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Dövlət Strategiyasına həsr olunmuş konfrans keçirilib

 

Böyütmək üçün seçinAzərbaycan Müəllimlər İnstitutunun Salyan filialında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına həsr olunmuş konfrans keçirildi. Konfransda Salyan rayonu məktəblərinin  direktorları, qabaqcıl müəllimlər, fənlər üzrə dayaq məntəqə rəhbərləri, metodistlər iştirak edirdi.

Tədbiri AMİ-nin Salyan filialının direktoru Şəhla Cəlilzadə açaraq qeyd etdi ki,  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Əminliklə bildirildi ki, Dövlət Strategiyası Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə yüksəldəcəkdir. Strategiya təhsil sahəsində olan müasir çağırışlara uyğundur. Dövlət Strategiyası Azərbaycan Respublikasında keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan səriştəli müəllim və təhsil menecerlərinə,  qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılmasını nəzərdə tutur. Sonra riyaziyyat, təbiət, texniki fənlər və tədrisi metodikası kafedrasının müdiri, dosent Rəsul Rəhimov "Təhsil Strategiyası və qarşıda duran vəzifələr", filialın Əlavə təhsil üzrə direktor müavini Sahib Həsənov "Təhsil Strategiyası Azərbaycan təhsilinin inkişafında yeni mərhələdir" mövzularında məruzələr etdilər.

Məruzələr dinlənildikdən sonra çıxışlar oldu. Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfət Bədəlov, şəhər 7 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi, əməkdar müəllim Allahverdi Piriyev, rayon təhsil şöbəsinin metodkabinet müdiri Nizami Zərbəliyev və başqaları çıxış edərək  təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əhəmiyyətini qeyd etdilər. Dövlət Strategiyasının ölkəmizdə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qalxacağına inam ifadə edildi. 

Sahib HƏSƏNOV,
AMİ-nin Salyan filialının Əlavə təhsil üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov