Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında
Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə  

QƏRARA ALIRAM: 

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-  birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

-  ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

-  üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

-  birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

-  ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

-  üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti
Bakı şəhəri, 9 iyun 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov