Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

SDU Ukrayna Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək

 

Böyütmək üçün seçinSumqayıt Dövlət Universitetində Ukrayna və Azərbaycan startap ekosistemləri ilə bağlı görüş keçirildi.

Tədbirdə SDU-nun rektoru, professor Elxan Hüseynov, AzTU-nun prorektoru, professor Mustafa Babanlı, Ukrayna Milli Texniki Universitetinin direktoru, "Sikorsky Challendge" Business İncubator-un meneceri İnna Malyukova və Ukrayna Milli Texniki Universitetinin "Kiyev politexnikası" Elm və Texnologiyalar Parkının baş direktoru Yaroslav Koloqrivov iştirak edirdilər.

SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları universitetdə gördüyünə məmnun olduğunu bildirdi.

Qeyd edildi ki, bu gün ölkəmizdə müasir ideyalara, yeni texnologiyalara, milli və ümumbəşəri dəyərlərə söykənən təhsil sisteminin  qurulması istiqamətində böyük işlər görülür. Təhsil tarixinə qloballaşma, elmi-texniki tərəqqi, innovasiyalar və texnologiyalar, modernləşdirmə dövrü kimi yazılan XXI əsrin ilk mərhələsinə Azərbaycan bütün sahələrdə daxil oldu və sevindirici haldır ki, aparılan  məqsədyönlü islahatlar, genişmiqyaslı təhsil layihələrinin həyata  keçirilməsinin reallaşdırılması uğurla nəticələnir.

Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı öz çıxışında ölkəmizdə startap ekosisteminin vəziyyəti barəsində ətraflı məlumat verdi. Ukraynanın adıçəkilən qurumları ilə gələcək əməkdaşlıq məsələləri, xüsusilə də universitetlərdə Elm parkları və Texnoparkların yaradılmasının vacibliyini diqqətə çatdırdı.

 İnna Malyukova və Yaroslav Koloqrivov bildirdilər ki, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və onların yerli və xarici bazara çıxarılması  məqsədi ilə "Kiyev politexnikası" Elm və Texnologiyalar Parkı 2007-ci ildə Ukrayna Milli  Texniki Universitetinin tərkibində yaradılmışdır. Universitetimiz Avropada dərin elmi və innovativ ənənələri olan ən məşhur mühəndis məktəblərindən biridir. "Kiyev politexnikası" Elm və Texnologiyalar Parkı - yüksək texnoloji işlərin effektiv kommersiyalaşdırılmasına şərait yaradan elmi-innovasiya prosesinin təşkilolunma formasıdır. "Kiyev politexnikası" Elm və Texnologiyalar Parkı  elə bir innovasiya mühitidir ki, elmi həcmli məhsulların yaradılmasına köməklik göstərir və biliklər potensialının kommersiya uğuruna keçməsi dövrünü maksimal azaldır.

Qonaqlar Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universitetinin birgə bazasında elmi park yaradılmasını və noyabr ayında təlim kurslarının keçirilməsini təklif etdilər.

 Rektor təklifi səmimi qəbul etdi və bu təlim kurslarında  SDU-nun da  əməkdaşlarından ibarət işçi heyət yaradılması üçün göstəriş verdi. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov