Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

 

Böyütmək üçün seçinAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından ətraflı danışıb. Prezident  İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında bu il yanvarın 14-də imzaladığı sərəncamın Bəxtiyar Vahabzadəyə  dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki,  xalqımız  söz ustadının xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli şair və ədəbiyyatşünas Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. Bildirib ki, xalq şairinin geniş əhatəli yaradıcılıq  yolu, elmi və pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan səhifələr yazılmışdır.

Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi", Nəsimi adına Dilçilik İnstitutundan filologiya üzrə elmlər doktoru, professor Sevil Mehdiyeva "İstiqlal şairi Bəxtiyar Vahabzadə", filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli "Bəxtiyar Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi", Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva "Bəxtiyar Vahabzadə pyeslərinin səhnə təcəssümü"  mövzularında məruzələrlə çıxış ediblər.  

Ağahüseyn ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov