Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Vətən oğlu Mübariz

 

Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mübariz Ağakərim oğlu  İbrahimovun əziz xatirəsinə  

Oqtay ZƏNGİLANLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Səda verdi Vətənin haray çəkən səsinə,

Şığıdı qartal kimi düşmənin cəbhəsinə.

Etdi mümkün hər şeyi, nə düşür öhdəsinə,

Qeyrəti, şəhidliyi ürəklərdə saldı iz,

Mübarizə ölüm yox, ölümsüzdü Mübariz!

 

Məhv edib düşmənləri, saldı yasa, şivənə,

Dedi ölüm dərsidir bu dərs xain düşmənə.

Bir evə, elə deyil, oğul oldu Vətənə,

Ucaltdı Vətənini, oldu güvənc yerimiz,

Yaddaşlara yazıldı, ölümsüzdü Mübariz!

 

İntiqam, qisas dedi, damarından axan qan,

Yazdırdı qanı ilə torpağa qurbandı can.

Mübarizlər doğulur, göz aydın Azərbaycan,

Mübarizin ruhuna and içir hər birimiz.

Mübarizdən dərs alaq, ölümsüzdü Mübariz!

 

Ölümündən qorxmayan Vətənin ər oğludur,

Cəsarətlə döyüşən igiddi, nər oğludur.

Pak ruhları oyanan Babəkdi, Koroğludu,

Təkrarlanan Mehdidi, bənzərsiz əfsanəmiz,

Qəhrəmanlar ölməzdi, ölümsüzdü Mübariz!

 

Ana vətən uğrunda sarıldı silahına,

Canını fəda etdi Vətənin sabahına.

Ölməz ruhu yol gedir Tanrının dərgahına.

Şəhidlik zirvəsində vicdanı, ruhu təmiz,

Ölməzliyə qovuşub, ölümsüzdü Mübariz!

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov