Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Qalib komandalar mükafatlandırılıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi təhsil müəssisələri arasında nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona birinciliyini keçirib. Tədbirin açılışında çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əhəmiyyətini vurğulamaqla yanaşı, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinin, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, hərbi vətənpərvərlik ruhunun aşılanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyini diqqətə çatdırıblar.

Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonlardan 10 komandanın qatıldığı yarışda  Göyçay şəhər Z.Bünyadov adına 3 nömrəli orta məktəbi I, Ucar rayon 2 nömrəli Qazıqumlaq kənd orta məktəbi II, Yevlax rayon Nizami adına 7 nömrəli orta məktəbi III yerləri tutublar.Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunub. I yeri tutan komanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçiriləcək "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının respublika mərhələsində iştirak etmək hüququ əldə edib. 

Şakir CƏFƏROV, "Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov