Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Uşaqlar bağçaya əlvida dedilər

 

Böyütmək üçün seçinBakının Xətai rayonundakı 240 nömrəli körpələr evi-uşaq bağçasında "Əlvida, bağça" mərasimi keçirilib. Məktəbəqədər təhsil pilləsini başa vuranların son tədbirində onların valideynləri ilə yanaşı, balacaların sevincinə qoşulan qonaqlar da iştirak ediblər.

Bağçanın al-əlvan şarlarla və bayraqlarla bəzənmiş musiqi zalında keçirilən tədbirdə əvvəlcə Dövlət himni ifa olunub.  "Azərbaycan" mahnısının sədaları altında əllərində kiçik bayraqlar və gül dəstələri tutmuş məzunlar zala daxil olaraq "Sizə salam gətirmişəm" mahnısı ilə tədbir iştirakçılarını salamlayıblar. Sonra tədbirin aparıcıları olan Afina, Ağali, Leyli və Zamiq Bakıda keçirilən I Avropa Oyunları münasibəti ilə iştirakçıları təbrik ediblər. Bildiriblər ki, bu gün biz həm fərəhlənir, həm də kədərlənirik. Fərəhlənirik ki, biz işıqlı gələcəyə - məktəbə gedirik, orada yazmağı, oxumağı öyrənərək xalqımıza, dövlətmizə layiqli vətəndaş kimi yetişəcəyik. Məyus oluruq ki, bağça həyatını başa vurub, bizim əziyyətimizi çəkən, bizə tərbiyə verən tərbiyəçilərimizdən və yoldaşlarımızdan ayrılırıq.

Uşaqlardan Xədicə, Aysu və Əli "Məktəbə gedəcəyik", Aysun, Nazlı, Fərhad, Davud, Şəmistan və Aysu isə  "Bağçamız" mahnısını ifa ediblər. Onlar "Vals", "Matroşka" rəqsini,  "Kukla", "Məktəbə yazdırsana", "Göyərçinik biz" və  "Ana can"  mahnılarını ifa ediblər. Uşaqlar tədbir boyu çıxışları - söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqslər, göstərdikləri tamaşalarla məktəb təliminə hazır olduqlarını nümayiş etdiriblər.

Bağçanın müdiri, pedoqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova çıxış edərək məktəbəhazırlıq qrupunun uşaqlarını, onların valideynlərini və tərbiyəçilərini məzun günü münasibətilə təbrik edib. Uşaqlara hədiyyələr təqdim edilib. S.Rəhimova bağçalarında uşaqlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib. O, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və bu oyunların Vətənimiz üçün əhəmiyyətindən danışıb.

240 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunun tərbiyəçiləri çıxış edərək balacaları bu gün münasibəti ilə təbrik edib, onlara qədəm qoyacaqları yeni həyatda uğurlar arzulayıblar. Fidanlara məktəbdə  yaxşı oxumağı, valideynlərinin və müəllimlərinin sözlərinə və tapşırıqlarına əməl etməyi tövsiyə ediblər.

Məktəbəhazırlıq qrupunun uşaqları bağça ilə vidalaşma anının çatdığını, bir azdan məktəbə gedəcəklərini bildiriblər və bu münasibətlə tərbiyəçilərini, valideynlərini təbrik ediblər. Uşaqlardan ibarət xor "Sevinirik dostlar,  məktəbə gedirik biz" mahnısını ifa edib. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov