Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Dahi rus şairi Puşkinin yubileyi qeyd edildi

 

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi tədbir keçirilib. Böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

Öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları adından  gül dəstələri və tər çiçəklər qoyuldu.

Tədbiri giriş sözü ilə respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin,  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları iki ölkə arasında mədəni əlaqələrin mövcudluğundan söhbət açdılar. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən  sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında  rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş, Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Tədbirdə  Səbail rayonu 132-134 nömrəli təhsil kompleksinin və 160 nömrəli klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şeirləri Azərbaycan, rus, ingilis və  ispan dillərində səslənmiş, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunmuşdur.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov