Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Kiçik Akademiyanın  təşkilatçılığı ilə bilik yarışları keçirilib

 

Qax şəhər 2 nömrəli  məktəb- liseydə  elmi-tədqiqat fəaliyyətinə meyilli şagirdləri aşkar etmək, onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək,  tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi layihələrdə iştirak etmək  vərdişlərini formalaşdırmaq məqsədilə 2008-ci ilin noyabrında   Kiçik Akademiya yaradılıb. 

Ötən müddət ərzində MKA-nın təşkilatçılığı ilə onlarla müxtəlif tədbir- bilik yarışları, viktorinalar, debatlar  keçirilib. Nəticədə 10 şagird respublika fənn olimpiadasının qalibi olub. Beynəlxalq olimpiadalarda iştirak edənlərdən 4 nəfər gümüş, 2 nəfər  bürünc  medala layiq görülüb. 8 nəfər,  eləcə də Respublika müsabiqələrində 30 nəfərdən artıq şagird  müxtəlif dərəcəli  diplomlarla mükafatlandırılıb.  Bu illər ərzində 47  şagird 600-dən yuxarı, 67 nəfər isə  500-600  arası bal toplayıb. Onların da əksəriyyəti  Kiçik Akademiyanın  üzvləridir. Sevindirici haldır ki, akademiyanın üzvlərindən 4 nəfəri  Prezident  təqaüdünə layiq görülüb. Dinamik inkişaf edən ölkəmizdə "İnsan kapitalı" formalaşdırmaq kimi çox mühüm  vəzifələrin  qarşıya qoyulduğunu nəzərə alaraq  MKA-nın tərkibinə yenidən baxılıb,  daha işgüzar müəllim və şagirdlər  akademiyaya  cəlb olunub.  Kiçik Akademiyanın strukturuna  yeni  "Sosial  iqtisadi",  "Texniki mühəndislik" bölmələri əlavə edilib.

Hazırda ayrı-ayrı bölmələr üzrə  30-dan artıq şagird tədqiqat işi üzərində çalışır. Bu gün şagirdlərin respublika və rayon üzrə keçirilən elmi tədbirlərdə fəallığı daha da artıb. 5 şagird   respublika üzrə keçirilən müsabiqələrdə iştirak edib. 13  MKA  üzvü isə olimpiadanın zona turunda fəallıq göstərib.

"Sabahın alimləri" müsabiqəsində  və "İstedad laboratoriyası" vasitəsilə aparılan intellekt  yarışlarında  da şagirdlər  fəallıq nümayiş etdiriblər.

MKA-nın tərkibinə daxil   olan Şagird Elmi Cəmiyyətinin  işi yenidən təşkil olunub. Görülən işlər may ayında keçirilən  "Zirvəyə gedən  yol  məktəbdən başlayır" mövzusunda  bayram tədbiri ilə yekunlaşıb.

Təhsil ocağında  fəaliyyət  göstərən  Məktəb  Kiçik Akademiyanın prezidenti  Lyubava  Əhmədova  söhbət  əsnasında  bidirib ki,  I Avropa Oyunlarının  ölkəmizdə keçirilməsi, oyunların məşəlinin rayonları  ziyarət etməsi  gənclərin vətənpərvərlik ruhunun artmasında, idmana bağlılığında  böyük rol oynayır.  İnanırıq ki, idmançılarımız  qələbələri ilə  bütün ölkəmizi sevindirəcəklər. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov