Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Rəsmi xronika

 

* İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib. Ölkə başçısı Vayra Vike-Freyberqaya "Dostluq" ordeni təqdim edib.

 * Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupuna  ali hərbi rütbələrin, bir qrup hərbi qulluqçularına və mülki işçilərinə isə  fəxri adların verilməsi, orden və medallarla  təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 * Dövlət başçısı İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

 * İyunun 22-də  Prezident İlham Əliyev  Latviya  Respublikasının yeni seçilmiş prezidenti Raymonds Veyonis ilə görüşüb.

 * Ölkə başçısı İlham Əliyev iyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib.

 * İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb. Qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlət başçısı İlham Əliyevə təqdim edib.

 * Dövlət başçısı  İlham Əliyev iyunun 22-də  dövlət qulluqçularının bir qrupunun orden və medallarla  təltif edilməsi, bir qrupuna isə  "Əməkdar dövlət qulluqçusu"  fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.

 * İyunun 22-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" I Avropa Oyunlarının  Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman Sarayında  keçirilən sambo yarışlarının gedişini  izləyiblər.

 * Prezident İlham Əliyev və xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iyunun 20-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə  yarışları izləyiblər.

 * İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Baku Crystal Hall"da keçirilən taekvondo yarışlarının final görüşünü izləyiblər. Ölkə başçısı İlham Əliyev qalib idmançılara medallar təqdim edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov