Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

ADİU-da ixtisas və yay istehsalat təcrübələrinin təşkili və təkmilləşdirilməsi müzakirə edilib

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "İxtisas və yay istehsalat təcrübələrinin təşkili və təkmilləşdirilməsi" mövzusunda konfrans keçirilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov ixtisas və yay istehsalat təcrübələrinin təşkilində görülməsi zəruri olan tədbirlər barədə söz açıb.

Təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev istehsalat təcrübələrinin təşkili ilə bağlı məruzə ilə çıxış edərək, bu sahədə qarşıya çıxan problemlər haqqında danışıb. Bildirib ki, əsasən təcrübə müddətində sığorta və müqavilələrin imzalanması, təhlükəsizliyin təmin edilməsi kimi problemlərlə qarşılaşırlar. Xüsusi ilə maliyyə, bank və müxtəlif dövlət təşkilatlarında təcrübə keçən tələbələrin sənədlərlə və proqramlarla tanış olunmasında məhdudiyyətlərin və qadağaların qoyulması diqqətə çatdırılıb.

Müzakirələrdən sonra konfrans iştirakçıları mövcud problemlərin həlli üçün dünya təcrübəsini nəzərə alaraq Əmək qanunvericiliyinin bəzi maddələrinə əlavələrin edilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət strukturları qarşısında məsələ qaldırılması məqsədi ilə təkliflər irəli sürüblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov