Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

East London Universitetinin nümayəndələri ilə görüş

 

East London Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetində (ATU) olublar.

ATU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova universitet barədə məlumat verib. Qeyd edilib ki, son illərdə ATU-nun dörd yeni klinikası inşa olunaraq istifadəyə verilib.

ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov rəhbərlik etdiyi şöbənin fəaliyyətindən danışıb.

East London Universitetinin fizioterapiya proqramının rəhbəri Liz Nichalls bu proqramın əhəmiyyətindən bəhs edib.

Sonra fizioterapiya ixtisası üzrə rezidentura proqramı müzakirə olunub. Gələcəkdə fizioterapiya şöbəsi üzrə rezidentura proqramının yenilənməsinə dair fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov