Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

"Naxçıvan" Universiteti tələbələrinin məzun gecəsi keçirilib

 

 Naxçıvan  şəhər  Gənclik Mərkəzində "Naxçıvan" Universiteti tələbələrinin məzun gecəsi keçirilib. Tədbir Azərbaycanın Dövlət himni ilə başlanıb. Tədris işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli tədbiri açaraq məzunları təbrik edib  və universitetin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, bu gün "Naxçıvan" Universiteti sözün əsl mənasında inkişaf mərhələsini yaşayır. Təhsil ocağına göstərilən qayğının nəticəsidir ki,  artıq ötən  ildən universitetin maddi-texniki bazasını gücləndirmək məqsədilə bir neçə əsaslı tədris və inzibati  korpuslar tikilib. Bunlara əsas tədris korpusu, tələbə yataqxanası, xarici dillər korpusu, inzibati bina, sosial mərkəz, kitabxana və yay, qış idman kompleksi daxildir. 2014-2015-ci tədris ilinə qədər 27 ixtisas üzrə tədris aparan "Naxçıvan" Universiteti 2015-2016-cı tədris ilindən daha 4 yeni  ixtisas üzrə kadrlar hazırlayacaqdır. O da vurğulanıb ki, bu il universitetdə bakalavr pilləsi üzrə 158 nəfər tələbə məzun olur.

Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, pedaqoji fakültənin dekanı Məftun İsmayılov çıxışlarında məzunlara gələcək fəaliyyətində nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını ləyaqətlə, daim uca tutmağı arzulayıb, təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına inamlarını ifadə ediblər.

Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildiriblər.

Sonda universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzuna "Təşəkkürnamələr", diploməvəzi arayışlar təqdim edilib. "Dəniz" vokal instrumental ansamblı üzvlərinin ifasında səslənən bir-birindən maraqlı musiqi nömrələri  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov