Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Beynəlxalq musiqi müsabiqəsinin qalibi olan gənc istedad

 

Son illər  musiqi və incəsənət  məktəblərində təhsil alan  bir çox istedadlı yeniyetmələr beynəlxalq müsabiqə və festivallarda iştirak edərək  uğurlar  qazanırlar.  Onlardan   biri də  T.Quliyev adına  12 nömrəli   onbirillik  musiqi məktəbinin fortepiano ixtisası üzrə  5-ci  sinif şagirdi Ayan Aslanovadır.  O, 2003-cü ildə Bakı şəhərində anadan olub.  2015-ci ilin iyununda  Türkiyənin İzmir şəhərində keçirilən fortepiano üzrə "Motsart akademiyası" (Mozartacademy) I Beynəlxalq musiqi müsabiqəsində kiçik yaş qrupunda  iştirak edib və  birinci yerə layiq görülüb. 

Qeyd edək ki,  paytaxt məktəblisi ilk uğuruna ötən ilin fevralında  imza atıb.  Serbiyanın paytaxtı  Belqrad şəhərində keçirilən Davorin Yenko adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində iştirak edərək   I dərəcəli diploma layiq görülüb  və  laureat adını qazanıb. Həmçinin Maltada keçirilən Beynəlxalq fortepiano festivalında    diplomla  mükafatlandırılıb.   

Ayan Aslanova qazandığı uğurlarla  kifayətlənmir və özünə qarşı çox tələbkardır, -deyə müəllimi Səbinə Aslanova  Ayanın Belqraddakı uğurlarından söz açdı. Bildirdi  ki, müsabiqə beş yaş qrupu üzrə keçirilirdi. Ayan  10-12 yaş  qrupunda çıxış etdi. O, Y.Haydının sonatasını və E.Qriqin iki pyesini fortepianoda məharətlə ifa  etdi və tamaşaçılarda xoş ovqat yaratdı.

Söhbət zamanı  Ayan Aslanova  dedi  ki, ailələrində hamı musiqiçidir. Onların mənə dəstəyi çox böyükdür .  Ona görə də çalışıram ki, valideynlərimin etimadını doğruldum. Musiqi müəllimim  də çox tələbkardır, dərslərdə bizə görkəmli Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığı barədə  geniş məlumat verir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov