Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

7 yaşlı Gəncə məktəblisi şahmat üzrə dünya birinciliyində iki qızıl medal qazanıb

 

Tailandın Patayya şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə Dünya birinciliyində iki qızıl medal qazanan 7 yaşlı  Gəncə şəhər şahmat məktəbinin yetirməsi, istedadlı şahmatçı Leyla Budaqova  Şahmat-Dama Məktəbində böyük coşqu ilə qarşılanıb. Leyla Budaqova bu qələbəni Gəncə şahmat məktəbi və Azərbaycan idmanı üçün böyük uğur hesab edir.

Yarışda Azərbaycanla yanaşı 34 ölkədən 458 zəka sahibi iştirak edib. Birincilik 7-17 yaşarası yeniyetmələr arasında reallaşıb.  Gəncə şahmatçısı  Leyla  Budaqova İsveçrə sistemi ilə 9 turdan ibarət olan mundialda 7,5 xal toplayaraq dünya çempionu adına layiq görülüb.  Leyla bununla kifayətlənməyib. O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Belə ki, klassik şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya birinciliyi baş tutub. Leyla Budaqova yeddi oyunda 6 qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məşqçi Təranə Səidova yetirməsi olan istedadlı şahmatçı Leyla Budaqovanın  4 yaşından şahmatın sirlərini öyrəndiyini deyir.  Şahmatçılar ailəsi kimi tanınan Budaqovlar ailəsinin azyaşlı üzvünün iyun ayında daha bir mötəbər yarışda - Türkiyənin Konya şəhərində düzənlənəcək Avropa birinciliyində gücünü sınayacağı gözlənilir.

7  yaşlı  Leyla Budaqova bu qələbəsini I Avropa Oyunlarına töhfəsi kimi dəyərləndirir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov