Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Sumqayıtda "Yay futbol düşərgəsi" layihəsinin ikinci mərhələsi başa çatıb

 

Böyütmək üçün seçinSumqayıt məktəbliləri üçün təşkil olunan "Yay futbol düşərgəsi" layihəsinin ikinci mərhələsi başa çatıb. Layihə "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, ikinci mərhələnin son günündə bütün iştirakçılar mükafatlandırılıblar.

"Kapital Bank Arena"nın konfrans zalındakı mərasimdə "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları Telman Salahov və Ağamusa Bağırov, klubun məşqçi heyəti iştirak edib.

İştirakçılara "Sumqayıt" futbol klubunun idman geyimi, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC və AFFA-nın müxtəlif hədiyyələri təqdim edilib.

Qeyd edək ki, iyunun 2-də start götürən layihə 3 qrup üzrə keçirilir. "Yay futbol düşərgəsi" layihəsinin ikinci mərhələsində 4, 11, 14, 38, 43 və 44 nömrəli orta məktəblərin şagirdləri iştirak ediblər. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən çox oğlan və qız şagirdi iştirak edir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov