Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Azərbaycanın birinci xanımına "Heydər Əliyev" ordeni təqdim edildi

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva "Heydər Əliyev" ordeni ilə təltif olunub

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Sonra mükafatlandırma mərasimi keçirilib.

"Bakı-2015" birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Şöhrət", "Dostluq", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Tərəqqi" medalı ilə təltif edilmələri barədə dövlətimizin başçısının 2015-ci il 29 iyun tarixli sərəncamları oxunub. Azərbaycan Prezidenti İlham Əliyev mükafatları təqdim edib.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub. Dövlətimizin başçısı "Heydər Əliyev" ordenini Mehriban Əliyevaya təqdim edib. Əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. Sonra videoçarx nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov