Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Macarıstanın insan resursları naziri Təhsil Nazirliyində olub

 

Böyütmək üçün seçinİyunun 25-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Macarıstanın insan resursları naziri Zoltan Balogu qəbul edib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Macarıstan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və Macarıstanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı 11 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə imzalanmış İş Proqramına əsasən Macarıstanda ali təhsil almaq məqsədilə azərbaycanlı tələbələrə 2015-2017-ci illər ərzində hər il müxtəlif sahələr üzrə Macarıstan tərəfindən 200 təqaüdün ayrıldığı xüsusi vurğulanaraq, bu təşəbbüsün gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyi bildirilib. Təqaüdlər təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində ölkəmiz üçün prioritet olan informasiya texnologiyaları, tibb, kənd təsərrüfatı, təbiət elmləri, mühəndislik, turizm və iqtisadiyyat ixtisas istiqamətlərində mütəxəssislərin hazırlanmasını təmin edəcəkdir.

Görüş zamanı eləcə də Azərbaycanla Macarıstan arasında ali təhsil, ikili diplom və mübadilə proqramları, universitetlərarası əməkdaşlıq və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Z.Balog həmçinin birinci Avropa Oyunlarını izləmək və bir sıra idman növləri üzrə çıxış edən macarıstanlı idmançılara dəstək olmaq üçün ölkəmizə səfər etdiyini bildirib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov