Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2015 - №24

 

Azərbaycan Dövlət İqtisad Universiteti Rusiya universiteti ilə əməkdaşlığını genişləndirir

 

Böyütmək üçün seçinİyulun 3-də Rusiya Federasiyasının "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsində qonaq olub. Nümayəndə heyəti ilə keçirilən görüşü Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov açaraq dinamik inkişaf edən Azərbaycanın iqtisadi uğurlarından danışıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara geniş məlumat verən rektor universitetin əsas inkişaf istiqamətləri barədə söz açıb. Professor Ədalət Muradov Rusiya Federasiyasının "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universiteti ilə əməkdaşlığın perspektivlərinə toxunub.

"Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov çıxışında yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması, birgə konfransların təşkil edilməsi barədə danışıb.

Görüşdə birgə liseyin yaradılması, bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarının həyata keçirilməsi, onlayn kursların təşkili və birgə elmi tətqiqatların aparılması barədə razılıq əldə olunub.

Sonda rektor Yaroslav Kuzminov görüş iştirakçılarının suallarını cavablandırıb. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov