Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu: qeydiyyat davam edir

 

Böyütmək üçün seçinAzərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nın təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 nömrəli əmrinin tələblərinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə 1 iyul 2015-ci il tarixdən elektron qeydiyyat başlanmışdır. İstedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır və iyul ayının 31-dək davam edəcəkdir.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyul ayının 21-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaqdır.

Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək, uşaq haqqında məlumatları saytda verilən formada doldurub müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcəkdir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş şagirdlər isə mektebeqebul.edu.az saytından  həmin  kursu  bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər. 

www.baku.edu.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov