Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

ADİU-da əməkhaqqı sistemi yeni qaydada tətbiq olunur

 

Böyütmək üçün seçinAzərbaycan Dövlət İqtisad Universitetində (ADİU) diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Qərar Elmi Şuranın iclasında qəbul edilib. Əməkhaqlarına diferensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.

Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedaqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq.

Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulmuşdur.

Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərmiş kafedra müdiri əməkhaqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə  ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.

Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən diferensial əməkhaqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov