Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

ADMİU-nun  müəllim və tələbələrdən ibarət qrupu beynəlxalq festivalda iştirak edib

 

Böyütmək üçün seçinİyulun 4-8 tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın rəhbərliyi ilə  universitetin  dörd tələbəsi və konsertmeysterdən   ibarət nümayəndə heyəti Macarıstanın Balatonfüred şəhərində keçirilən XV Balaton Beynəlxalq Gənclik İncəsənət Festivalında  iştirak edib.  Nümayəndə heyətinin  rəhbəri Səbinə Mehdiyeva obyektiv münsiflər heyəti üzvü kimi qızıl medalla təltif olunub. Müsabiqədə fortepiano ixtisası üzrə iştirak edən  universitetin I kurs tələbələri  Səidə Əliyeva (müəllim Cəmalə Nəsirova), İlahə Salmanzadə (müəllim Səbinə Mehdiyeva) bürünc medala,  xanəndəlik üzrə təhsil alan III kurs tələbəsi Murad  Kəngərli (müəllim xalq artisti Səkinə İsmayılova ) və III kurs magistr tələbəsi Emil Mirzəyev (müəllim Fikrət Manafov) tar ifaçılığı ilə folklor nominasiyasında  birincilik qazanaraq qızıl medallarla təltif olunublar. Onu da qeyd edək ki,  bu il festivala folklor nominasiyası da əlavə edilib ki, bu nominasiyada da məhz Azərbaycan musiqisi, xalq çalğı aləti ən yüksək qiymətə - qızıl medala layiq görülüb. Konsertmeyster Firuzə Hüseynovaya isə ən yaxşı konsertmeyster diplomu təqdim olunub.

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva festival iştirakçıları ilə görüşərək onların təəssüratlarını öyrənib, yüksək nəticələr əldə etdikləri üçün təşəkkürünü bildirib. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov