Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

BSU-nun rektoru könüllülərlə görüşüb

 

Bakı Slavyan Universitetində birinci Avropa Oyunlarında fəal iştirak etmiş universitet könüllüləri ilə görüş keçirilib. BSU-nun rektoru, professor Asif Hacıyev birinci Avropa Oyunlarının tarixi və milli əhəmiyyətini, bu Oyunların ölkəmizin dünya miqyasında böyük uğuru olmasını qeyd edib. Rektor Prezident İlham Əliyevin və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi qayğıdan və oyunlarda könüllülərin fəaliyyətinin onların bir vətəndaş, mütəxəssis kimi formalaşmasında böyük əhəmiyyətindən danışıb. Qeyd olunub ki, birinci Avropa Oyunlarında BSU-nun 1077 tələbəsi 215 istiqamət üzrə fəal iştirak edib. Rektor könüllülərə təşəkkürünü bildirib və onların birinci Avropa Oyunları zamanı qazandıqları təcrübədən universitetdəki ictimai işlərdə, ümumən gələcək fəaliyyətlərində uğurla istifadə edəcəklərinə əmin olduğunu söyləyib.

Görüşdə könüllülər öz fəaliyyətləri haqqında danışıb, birinci Avropa Oyunları barədə xatirələrini və təəssüratlarını bölüşüblər. Avropa Oyunlarının könüllüləri kimi iştiraklarından qürur duyduqlarını bildirən tələbələr bu təcrübənin onların idarəçilik qabiliyyətinin, dünyagörüşlərinin,  dil biliklərinin və s. inkişafında böyük rol oynayacağını vurğulayıblar. Könüllülər xarici qonaqların Bakının əsrarəngiz gözəlliyinə, şəhərimizin yüksək səviyyədə inkişafına valeh olduqlarını və Azərbaycandan xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.

Görüş zamanı BSU-nun rektoru "Təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu fəaliyyətə" görə universitetin yeddi tələbəsinə Gənclər və İdman Nazirliyi və ATGTİ-nin diplomlarını təqdim edib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov