Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

"Vətənimizi tanıyaq və tanıdaq"

 

Qazax rayonunda Samux və Qazax şəhər musiqi məktəblərinin kollektivləri arasında "Vətənimizi tanıyaq və tanıdaq" devizi altında görüş keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb və abidəsi önünə gül-çiçək dəstələri düzülüb. Qazax Rayon Təhsil Şöbəsindən  məlumat verilir  ki, Samux rayonundan gələn qonaqlar Qazaxdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyləri ilə tanış olublar. Muzeylərlə tanışlıq qonaqlarda zəngin təəssüratlar və xoş əhvali-ruhiyyə yaradıb.

Sonra Qazaxdakı Ədəbiyyat Muzeyində hər iki rayonun musiqi məktəblərinin birgə konserti təşkil olunub. Maraqlı konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.

Görüş iştirakçıları Avey dağ mağaralarındakı qədim insan yaşayış məskənləri və Damcılı düşərgəsində də olublar.   

Şakir CƏFƏROV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov