Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Rəsmi xronika

 

* İyulun 24-də Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev Mingəçevir Dövlət Universitetinin yaradılması barədə sərəncam imzalayıb.

* İyulun 24-də Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev  Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və "Azərbaycan Resrublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Resrublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

* Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Çingiz Mansur oğlu Əliyevin Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

* İyulun 17-də dövlət başçısı İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Ölkə başçısı İlham Əliyev iyulun 21-də gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam  imzalayıb.

* Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

* İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə rəsmi səfərə gəlmiş Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun geniş tərkibdə görüşü olub. Həmin gün dövlətimizin başçısı ilə  Avropa İttifaqı Şurası prezidentinin  birgə mətbuat konfransı keçirilib. İlham Əliyev və Donald Tusk  konfransda bəyanatlarla çıxış ediblər.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev iyulun 23-də Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov