Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Azərbaycan Turizm və Menecment Universiteti  "Xidmətin göstərilməsi üzrə" müqavilə imzalayıb

 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov Polşanın antiplagiat şirkətinin Bakı ofisinin direktoru Əli Təhməzovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə C.Cəfərov 2002-ci ildə Polşada yaradılan antiplagiat şirkəti elmi nəşr müəlliflərinin, bakalavr və magistratura pilləsinə daxil olmaq istəyən abituriyentlərin, həmçinin ali məktəb tələbələrinin pdf. formatında yazdıqları mətnlərin orijinallığını təsdiqləməklə köçürmənin qarşısını almaqda maraqlı olduğunu söyləyib. Fərdi düşüncə, qabiliyyət və dəqiqliyi vəzifə öhdəliyinin şərtlərinə uyğun olaraq başlıca məqsəd kimi qarşıya qoyan qurumun fəaliyyətindən Almaniya, Rumıniya, Polşa, Qazaxıstan və digər ölkələrin 200-dən çox təşkilatının faydalandığı bildirilib.

Rektor diqqətə çatdırıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı fəaliyyətə başlamasının 10 illiyi ərəfəsində "Xidmətin göstərilməsi üzrə" müqaviləni dəstəkləyir və görüş çərçivəsində təsdiqləmək niyyətindədir.

Sonra ATMU ilə antiplagiat şirkəti arasında "Xidmətin göstərilməsi üzrə" müqavilə imzalanıb.

Sənədi C.Cəfərov və Ə.Təhməzov imzalayıblar.

Qeyd edək ki, Polşanın antiplagiat şirkətinin Azərbaycandakı filialı cari ilin aprelindən fəaliyyət göstərir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov