Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

"Gənc istedadları sən də tanı"

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində  "Gənc istedadları sən də tanı"  layihəsi çərçivəsində  sərgi keçirilib.  Sərgidə 80-ə yaxın gənc və həvəskar rəssamın  əsərləri  təqdim olunub. Tədbirin açılış mərasimində muzey-sərgi kompleksinin direktoru  Lalə Eldarova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov çıxışlarında  belə sərgilərin keçirilməsinin  istedadlı gənclərin üzə çıxarılmasında  əhəmiyyətli  rolundan bəhs ediblər.

Müsabiqə komissiyasının sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İstedad" yaradıcılıq kursunun baş müəllimi  Nadir Cəfərov  qaliblərin seçilməsi zamanı yaradıcılıq, üslub, texnika və ideyaya üstünlük verildiyini vurğulayıb.

Qaliblərə diplom və hədiyyələr  verilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov