Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir

 

Növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü - Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,  Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq. Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır.  Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.

Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov