Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Beynəlxalq festival və müsabiqələr qalibi

 

Cəmilə Əsgərzadənin 15 yaşı var. 2009-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin V  sinfinə, orkestr şöbəsinə daxil olub.  Skripka ixtisası üzrə professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır.  Bir çox müsabiqə və festivalların laureatıdır.  2013-cü ildə  ümummilli  lider  Heydər Əliyevin anadan olmasının 90 illiyi  münasibətilə ümumtəhsil və orta ixtisas təhsili  müəssisələrinin  şagird və tələbələri arasında keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı adına və I dərəcəli diploma  layiq görülüb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "İstedadlı Uşaqlar Festivalı-2013" layihəsi çərçivəsində qazandığı uğurlara görə diplomla təltif olunub.  Həmin il  V.Spivakov Fondunun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalında  uğurlu  çıxışı olub. 2014-cü ildə isə festivalın yubiley konsertinə dəvət alaraq  ölkəmizi yüksək səviyyədə təmsil edib və Moskva Konservatoriyasının professoru  İ.Boçkovadan ustad dərsləri alıb. Gənc istedad  2014-cü ilin  aprelində isə Fransada keçirilən gənc ifaçıların  XXV "Flame" beynəlxalq  müsabiqəsində  iştirak edərək I yerə layiq görülüb. Həmin ildə "İlin gənc musiqiçisi" adını  qazanıb. Noyabr-dekabr aylarında İsveçrədə beynəlxalq gənc solistlər orkestrində ölkəmizi təmsil edib. Orkestrlə birgə o, İsveçrədə, Honkonq və Sinqapurda çoxsaylı konsertlər verib.

Dəfələrlə  Q.Qarayev adına Dövlət Kamera Orkestri ilə  konsert proqramında çıxışlar edən  gənc skripkaçı  diplom və fəxri fərmanlarla mükafatlandırılıb.

Fəxarət hissi keçirən  Cəmilə  Əsgərzadənin adı 2015-ci ilin  iyulunda Azərbaycan  Respublikası Prezidentinin müvafiq sərəncamı ilə  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na  yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Mükafata görə ölkə başçısına  və müəllimlərinə  minnətdarlığını bildirən gənc istedad  gələcəkdə  daha böyük uğurlara imza atacağına söz verib.

Cəmiləni hələ çox  sınaqlar, müsabiqələr gözləyir.  İnanırıq ki, istedadı və  uğurları ilə  bizi və sənətsevərləri sevindirəcək.           

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov