Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

 

 Avqustun 1-2-də "Akademi Group" Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, "Hilton Baku" otelində Türkiyə universitetlərinin və yataqxanalarının iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq.

Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Həmçinin bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulur.  Digər sərgilərdən fərqli olaraq avqustda təşkil edilən sərgilərdə ənənə halını alan sənəd qəbulu da həyata keçiriləcək. Belə ki, abituriyentlər və tələbələr sənədlərini universitet nümayəndəsinə birbaşa təqdim edə biləcəklər.

Sərgidə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin əməkdaşlarının iştirakı gözlənilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov