* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 7-də Beynəlxalq İdman Atıcılıq Federasiyasının
prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans
Şrayberi qəbul edib.
* Dövlət başçısı İlham Əliyev avqustun 5-də
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın,
dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin
gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 4-də Kot-d'İvuar Respublikasının Prezidenti
Alassane Uattaraya bu ölkənin milli bayramı -
Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
* Dövlət başçısı İlham Əliyev avqustun 3-də Dərbənd
şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram
Teatrının binasının yenidən qurulması haqqında sərəncam
imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 1-də Amerika Birləşmiş Ştatlarının prezidenti
Barak Obamaya ad günü münasibəti ilə təbrik məktubu
göndərib. |