Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

SABAH qruplarında təhsil alan könüllülər Avropa Gənclər Olimpiya festivalında fəaliyyət göstəriblər

 

Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər Gürcüstanın Tbilisi şəhərində keçirilən "Tbilisi-2015" 13-cü Avropa Gənclər Olimpiya festivalında fəaliyyət göstəriblər.

Avropanın 50 ölkəsindən 9 idman növü üzrə yarışan 3800-dən çox idmançının, Milli Olimpiya Komitələrinin rəsmiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən festivala "SABAHın Könüllüsü" proqramının iştirakçısı olan 5 könüllü qatılıb.

Festival zamanı könüllülər Atletlər Kəndində fəaliyyət göstərib, mətbuat nümayəndələri, qonaqlar, Avropa Olimpiya Komitəsinin üzvləri və idmançılar ilə ünsiyyətdə olmaq imkanı qazanıblar. Çoxmədəniyyətli mühitdə çalışan gənclər dost qruplarında işləyərək  idmançıların çıxışlarının  canlı şahidi olub və ölkəmizi təmsil edən idmançılara dəstək olublar. Bundan əlavə, könüllülər Avropa Gənclər Olimpiya festivalının açılış və bağlanış mərasimlərində iştirak ediblər. Festivalın sonunda fəaliyyət göstərən könüllülərin təltifetmə mərasimi keçirilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov