Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Səfir Rusiya ali məktəblərində təhsil almağa gedən azərbaycanlı tələbələrlə görüşüb

 

Avqustun 20-də Rusiyanın Bakıdakı səfirliyində Rusiya ali məktəblərinə daxil olmuş bir qrup azərbaycanlı tələbə və onların valideynləri ilə görüş keçirilib.

AZƏRTAC  xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edib. O, qonaqları salamlayaraq deyib ki, hazırda Rusiyanın ali məktəblərində on üç min azərbaycanlı gənc təhsil alır. Rusiya xaricdə azərbaycanlı mütəxəssislər hazırlayan aparıcı mərkəzlərdən biridir. Bütün çətinliklərə baxmayaraq Rusiya məktəbi təhsil sahəsində yüksək standartları və layiqli beynəlxalq nüfuzunu qoruyub saxlayır.

Səfir deyib ki, cari ildə Azərbaycandan 141 abituriyent Rusiya ali məktəblərinə daxil olub.

Azərbaycanlı tələbələrin seçdikləri ali məktəblərin coğrafiyası çox genişdir - Moskva, Sankt-Peterburq, Həştərxan, Volqoqrad, Krasnodar, Perm, Rostov-Don, Ryazan, Samara və bir sıra başqa şəhərlər. Rusiyada oxuyan 13 min azərbaycanlı tələbənin bir qismi Rusiya Federasiyasının büdcəsi hesabına Dövlət Təqaüdü Proqramı çərçivəsində təhsil alır.

Sonda V.Doroxin gələcək tələbələrə təhsildə uğurlar arzulayıb.

"Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası" ictimai birliyinin sədri Üzeyir Əliyev tələbələrə müraciətlə rus dilini, Rusiya tarixini və mədəniyyətini dərindən öyrənməyi tövsiyə edib. Üzeyir Əliyev hər il Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində bu ölkədə təhsilini başa vuran əcnəbi tələbələrin forumu keçirilməsini vurğulayaraq qeyd edib ki, səfirliyin bugünkü qonaqlarını həmin tədbirdə görməyə şad olar.

Böyütmək üçün seçinİvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbin müəllimi Natalya Uryupina görüşdə çıxış edərək bu il ali məktəblərə daxil olmuş gənclərin hamısını təbrik edib və onlara təhsildə uğurlar arzulayıb.

Bu il Moskva Ədliyyə İnstitutuna qəbul olunmuş Maral Məmmədova tələbələr adından görüş iştirakçılarına müraciət edib. O, Rusiya büdcəsi hesabına ali təhsil almaq, təhsil illərində Rusiyanı daha yaxşı tanımaq imkanına görə Rusiya Federasiyasının hökumətinə, Azərbaycandakı Rusiya diplomatlarına təşəkkürünü bildirib.

Görüş məxsusi olaraq tələbələr üçün hazırlanmış bədii proqramla başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov