Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Azərbaycan Dövlət İqtisad Universiteti Almaniyanın nüfuzlu universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

 

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADİU-dan AZƏRTAC-a bildirilib ki, müqavilənin məqsədi tələbə və müəllimlərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması və nəşrlərin hazırlanması, elmi-praktik konfransların, təhsil və mədəniyyət proqramlarının təşkil olunmasıdır.

Sənəddə iki universitet arasında tələbələrin qarşılıqlı mübadiləsi nəzərdə tutulur. Mübadilə proqramına qoşulan tələbələr üçün təhsil ödənişsizdir və onların daxil olduqları universitetdə ən azı iki semestr təhsil almaları vacibdir.

Qeyd edək ki, Yena Fridrix Şiller Universiteti dünya üzrə "QS" reytinqində 397-ci, "Webometrics"in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə 86-cı pilləsində qərarlaşıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov