Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Bərdə şəhər akademik  Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin uğurları

 

Bərdə Rayon Təhsil Şöbəsindən bildirilib ki, 11-ci ildir fəaliyyət göstərən məktəb-liseydə 33 sinif otağı, fənn kabinetləri, fizika və kimya laboratoriyaları, kompüter otaqları, kitabxana, yeməkxana, idman zalı mövcuddur. Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqlarla təchiz olunub. Təhsil ocağı 2007/2008 və 2012/2013-cü tədris illərində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Məktəb-liseyin müəllimlərindən 7-si müxtəlif illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub, iki nəfər "Əməkdar müəllim" fəxri adına layiq görülüb, bir nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. Məktəbin şagirdləri hər il bilik yarışlarında yüksək nəticələr göstərir. Məzunları yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olurlar. Hazırda liseyin ali məktəblərdə təhsil alan beş məzunu Prezident təqaüdçüsüdür.

Məktəb-liseyin məzunları builki qəbul imtahanlarında da yüksək nəticələr əldə ediblər. Təhsil ocağını bitirən 98 məzundan 83-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak  edib  və  onlardan 73-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 20 nəfəri 500-dən, 14-ü isə 600-dən çox bal toplayıb. Məktəb-liseyin məzunu Arzu Həsənli imtahanlarda ən yüksək nəticə göstərərək 700 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.  

Şakir CƏFƏROV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov