Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Onu qarşıda böyük uğurlar gözləyir

 

Rəşid Behbudov  2000-ci ildə  Bakıda  anadan  olub. 2006-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə  daxil olub. Hazırda həmin məktəbin  X  sinfində - tanınmış pedaqoq, Bakı Musiqi Akademiyasının müəllimi Nülufər Tabasaranskayanın sinfində  təhsil alır.  Musiqi məktəbində  oxuduğu illərdə Rəşid  bir çox uğurlara imza atıb. 2013-cü ildə keçirilən   ümummilli lider  Heydər Əliyevin anadan olmasının  90 illiyinə həsr olunmuş  gənc ifaçıların II Respublika müsabiqəsində  diplomla  təltif olunub.

2013-cü ildə   İSESCO-nun və  Gənclər və İdman Nazirliyinin dəstəyi,  Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən İslam dünyasının gənc klassik musiqi ifaçılarının  II  Beynəlxalq müsabiqəsində  Rəşidin çıxışı  I dərəcəli diploma layiq görülüb.   Həmin  il Tbilisi şəhərində gənc pianoçuların VI Beynəlxalq müsabiqəsində Rəşid Behbudov uğurla  çıxış edərək  III dərəcəli diploma sahib olub.  Rəşid məşhur  pedaqoq,  pianoçu və ictimai xadim  H.Neyqauzun anadan  olmasının 125  illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər  festivalında böyük bacarıq və istedad nümayiş etdirdiyinə görə diplomla mükafatlandırılıb. 

O, daim öz üzərində  çalışır, müxtəlif konsertlərdə, tədbirlərdə  zəngin proqramla çıxış  edir.  Bu ilin mayında M.Maqomayev adına  Dövlət Filarmoniyasında keçirilən konsertdə  xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi  Dövlət Kamera Orkestri ilə F.Şopenin 1 saylı Konsertini böyük  həvəslə  ifa edərək tamaşaçıların ürəyini fəth edib. On beş yaşı olan bu istedadlı  yeniyetmənin  hələ çox uğurları barədə eşidəcək və sevinəcəyik. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov