Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Qalib komandalar mükafatlandırılıblar

 

 Bakıdakı 91 nömrəli tam orta məktəbin idman meydançasında  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 1999-2001-ci və 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilib. Yarışda hər yaş qrupu üzrə 12 komandanın tərkibində 72 nəfər iştirak edib. 1999-2001-ci il təvəllüdlülər arasında yarışda "Bayıl", "Səbail", "Qalib" komandaları müvafiq olaraq I, II, III yerləri tutublar. 2002-2004-cü il təvəllüdlü oğlanlar arasında yarışda isə ilk üç yerdə "Sahil", "Bakı" və "Xudafərin" komandaları qərarlaşıblar. Qalib komandaların üzvləri  diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov